Sənəddə proqram üzrə təklif edilmiş fəaliyyətlərin xülasəsi verilir, onunla əlaqədar ətraf mühitə və sosial-iqtisadi sahəyə potensial təsirlər araşdırılır və tövsiyə edilən təsirazaltma və monitorinq tədbirləri təsvir edilir. ƏMTQ prosesi təklif edilmiş işlərin nəticəsində yaranan hər hansı mənfi ekoloji və sosial-iqtisadi təsirlərin müəyyənləşdirilməsini, minimuma endirilməsini və mümkün olan hallarda, aradan qaldırılmasını təmin etmək məqsədi daşıyır.
Qarabağ layihəsi üzrə seysmik tədqiqat proqramına dənizdibi sensor qovşaqlarla (OBN) seysmik tədqiqat və yüksək dəqiqlikli (HR)/ultra yüksək dəqiqlikli (UHR) seysmik tədqiqat daxildir. OBN tədqiqatının 2025-ci ilin dekabrında başlayacağı və 3,5 ayadək davam edəcəyi planlaşdırılır. HR/UHR tədqiqatın isə 2026-cı ilin mart-aprel aylarında həyata keçiriləcəyi və 45 günədək davam edəcəyi nəzərdə tutulur. OBN seysmik tədqiqatın yataq haqqında daha dərin məlumatların əldə olunmasına, quyuların planlaşdırılmasına və yatağın işlənmə strategiyalarının təkmilləşdirilməsinə imkan yaradacağı gözlənilir. HR/UHR seysmik tədqiqatın əsas məqsədi quyu bütövlüyünə təsir göstərə biləcək geoloji riskləri, eləcə də platformanın və digər infrastrukturun təhlükəsiz şəkildə quraşdırılmasına maneə törədə biləcək yeraltı təhlükələri müəyyənləşdirməkdir.
Maraqlı tərəflərlə məsləhətləşmələrin aparılması ƏMTQ prosesinin mühüm hissəsidir. Maraqlı tərəflərin dinlənməsi və fikirlərinin sənədləşdirilməsi, əsas maraqlı tərəflərin birgə fikirlərinin layihələndirmə işlərində və ƏMTQ sənədində əksini tapmasını təmin edir.
ƏMTQ sənədinin və qeyri-texniki xülasənin layihə variantları bütöv olaraq Azərbaycan və ingilis dillərində hazırlanıb və sənədlə yuxarıdakı keçid vasitəsilə tanış ola bilərsiniz.
Qarabağ layihəsi üzrə seysmik tədqiqat proqramı üçün ƏMTQ sənədinin, həmçinin, qeyri-texniki xülasənin QR kodu və linki 18 oktyabr 2025-ci il tarixindən həmin sənədləri ictimaiyyətin nəzərdən keçirməsi üçün aşağıdakı ünvanlarda yerləşdirilib:
ƏMTQ sənədinin layihə variantı barədə fikir və rəyləriniz bizim üçün əhəmiyyətlidir. Qeydlərinizi və rəylərinizi:
ƏMTQ sənədinin açıqlanma müddəti 15 noyabr 2025-ci il tarixinədəkdir.
ƏMTQ sənədinin layihə variantı barədə fikir və rəylərinizi gözləyirik.