Sənəddə seysmik tədqiqat proqram üzrə təklif edilmiş fəaliyyətlərin xülasəsi verilir, bu fəaliyyətlərin ətraf mühitə və sosial-iqtisadi sahəyə potensial təsirləri araşdırılır və tövsiyə edilən təsirazaltma və monitorinq tədbirləri təsvir edilir. ƏMTQ prosesi təklif edilmiş işlərin nəticəsində yaranan hər hansı mənfi ekoloji və sosial-iqtisadi təsirlərin müəyyənləşdirilməsini, minimuma endirilməsini və mümkün olan hallarda, aradan qaldırılmasını təmin etmək məqsədi daşıyır.
ADUA layihəsi üzrə seysmik tədqiqat proqramına 2D yüksək dəqiqlikli (HR) seysmik tədqiqat daxildir. Qısa müddət üçün nəzərdə tutulmuş bu tədqiqatın 20 günədək davam edəcəyi planlaşdırılır. Tədqiqat ADUA sahəsinin şimal-qərb hissəsində kiçik bir ərazini əhatə edəcək. Proqramın 2026-cı ilin fevral və aprel ayları arasında suyun 20-40 metr dərinliyində aparılacağı planlaşdırılır. 2D HR seysmik tədqiqatda əsas məqsəd yerin təxminən 1 500 m dərinliyinədək qatları haqqında ətraflı məlumatlar əldə etməklə gələcək kəşfiyyat quyularının planlaşdırılmasına kömək etməkdir. Tədqiqat nəticəsində yeraltı qırılmalar, dayaz qatlara yığılmış qazlar və digər geoloji xüsusiyyətlər də daxil olmaqla, qazma əməliyyatları və quyu bütövlüyünə təsir göstərə biləcək yeraltı geoloji risklərin müəyyənləşdirilməsi nəzərdə tutulur.
Maraqlı tərəflərlə məsləhətləşmələrin aparılması ƏMTQ prosesinin mühüm hissəsidir. Maraqlı tərəflərin dinlənməsi və fikirlərinin sənədləşdirilməsi, əsas maraqlı tərəflərin ümumi fikirlərinin layihələndirmə işlərində və ƏMTQ sənədində əksini tapmasını təmin edir.
ƏMTQ sənədinin və qeyri-texniki xülasənin layihə variantları bütöv olaraq Azərbaycan və İngilis dillərində hazırlanıb və sənədlə yuxarıdakı keçid vasitəsilə tanış ola bilərsiniz.
ADUA layihəsi üzrə seysmik tədqiqat proqramı üçün ƏMTQ sənədinin, həmçinin, qeyri-texniki xülasənin QR kodu və keçidi 26 dekabr 2025-ci il tarixindən həmin sənədləri ictimaiyyətin nəzərdən keçirməsi üçün aşağıdakı ünvanlarda yerləşdirilib:
ƏMTQ sənədinin layihə variantı barədə fikir və rəyləriniz bizim üçün əhəmiyyətlidir. Qeydlərinizi və rəylərinizi:
ƏMTQ sənədinin açıqlanma müddəti 26 yanvar 2026-cı il tarixinədəkdir.
ƏMTQ sənədinin layihə variantı barədə fikir və rəylərinizi gözləyirik.