Skip to main content
  1. Əsas səhifə
  2. Biz kimik
  3. Əməliyyatlar və layihələr
  4. Azəri-Çıraq-Dərinsulu Günəşli

Azəri-Çıraq-Dərinsulu Günəşli

Bakıdan təxminən 100 km şərqdə yerləşən Azəri-Çıraq-Dərinsulu Günəşli (AÇG) yatağı Xəzər hövzəsinin Azərbaycan sektorunda ən iri neft yatağıdır

AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.

 

2025-ci il ərzində AÇG üzrə fəaliyyətlərə təqribən 564 milyon dollar əməliyyat məsrəfləri və 1 milyard 288 milyon dollar əsaslı məsrəflər xərclənmişdir.

 

AÇG yatağında aparılan 4-ölçülü (4D) yüksək dəqiqlikli dənizdibi qovşaqlarla seysmik tədqiqat proqramı çərçivəsində il ərzində 2024-ci ildə əldə olunmuş məlumatların emalı uğurla tamamlanmış və ikinci il üçün məlumatların toplanması işləri başa çatmışdır.

Bundan əlavə, AÇG yatağının Dərinsulu Günəşli ərazisində bir çox quyularda sualtı müdaxilə əməliyyatları başlanmışdır. Bu işlər üçün bp-nin Xəzərdəki əməliyyatlarında ilk dəfə olaraq quyuya dikborusuz yüngül müdaxilə (QDYM) texnologiyası tətbiq olunur. 

 

Hasilat

 

2025-ci ildə AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam etmişdir. İl üçün AÇG-dən ümumi hasilat gündə orta hesabla 330 000 barel və ya ümumilikdə təxminən 120 milyon barel, yəni 16 milyon ton olub.

 

2025-ci ildə AÇG iki mühüm hadisəni qeyd etdi. Fevralın 18-i Mərkəzi Azəri platformasından ilk neftin əldə olunmasının 20 ili tamam oldu. Mərkəzi Azəri indiyədək ümumilikdə 1,2 milyard barrel (157 milyon ton) neft hasil etməklə AÇG platformaları arasında ən yüksək hasilat göstəcisinə malikdir. Daha sonra, dekabrın 30-u Qərbi Azəri platformasından  ilk neft hasilatının 20 ili tamam oldu. Bu platformadan isə indiyədək 1 milyard bareldən (142 milyon ton) çox neft hasil edilib.


2025-ci ilin sonunda AÇG-də ümumilikdə 147 neft hasilat quyusu, 49 su injektor quyusu və 10 qaz injektor quyusu istismarda olub.
 
AÇG üzrə qazma və tamamlama fəaliyyətləri
 
İl ərzində AÇG-də 10 neft hasilatı quyusu, 5 su injektoru, 1 qaz injektoru və şlamların yenidən laya vurulması üçün 1 quyu qazılıb tamamlanmışdır.
 
Səmt qazı
 
2025-ci il ərzində AÇG-dən Azərbaycan dövlətinə əsasən Səngəçal terminalından, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 8 milyon kubmetr, ümumilikdə isə 2,9 milyard kubmetr səmt qazı təhvil verilmişdir. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulmuşdur.
 
Sərbəst qaz
 
AÇG üzrə mövcud hasilatın pay bölgüsü sazişinə (HPBS) sərbəst təbii qazla (STQ) bağlı yeni əlavənin imzalanmasından sonra ilkin hasilat quyusu planlaşdırılmış və mövcud Qərbi Çıraq platformasından təhlükəsiz şəkildə qazılmışdır. Bu quyu qiymətləndirmə baxımından da çox əhəmiyyətlidir, çünki quyudan əldə edilən məlumatlar AÇG-dəki  STQ ehtiyatlarının işlənməsi üçün gələcək planların hazırlanmasına kömək edəcək.

 

2025-ci ildə quyuda qazma işləri uğurla bitmiş və hazırda hasilatda olan neft laylarının altında yerləşən iki prioritet STQ layına - daha dayaz Qırmakıüstü Qumlu (QÜQ) və daha dərin Qırmakıaltı (QA) lay dəstlərinə çıxış təmin edilmişdir.

Quyu ilk STQ hasilatı üçün əsas hədəf lay sayılan QÜQ lay dəstində qaz ehtiyatlarının mövcudluğunu təsdiqləmişdir. Bu laydan hasilat  bu ilin ikinci yarısına planlaşdırılır.

 

Bundan əlavə, QA lay dəstində də yüksək təzyiqli qaz ehtiyatlarının mövcudluğu aşkar edilmişdir və 2026-cı ilin birinci yarısında bu laydan hasilata başlamaq planlaşdırılır. Lakin bu, sınaq məqsədilə aparılacaq qısamüddətli hasilat kimi nəzərdə tutulur və bundansonra ilin ikinci yarısından başlayaraq daha dayazda yerləşən QÜQ layından hasilata keçəcəyik.

AÇG platformaları

Çıraq
Chirag Patform, Caspian Sea, Photo: Stuart Conway/ BP

Çıraq platforması Bakıdan 120 kilometr şərqdə Xəzər dənizində suyun dərinliyinin təxminən 120 metr olduğu yerdə yerləşən dəniz hasilat, qazma və yaşayış (HQY) platformasıdır. Bu platforma AÇG yatağından İlkin neft adlanan neftin hasilatna başlamaqla 1997-ci ildən istismardadır.

 

Çıraq obyektlərinə aşağıdakılar daxildir:

  • Suvurma avadanlığı olan 24 quyu gövdəsinə HQY platforması
  • Səngəçal qəbul terminalınadək 176 km uzunluğunda 24 düymlük neft kəməri
  • Neft Daşlarınadək 48 km uzunluğunda 16 düymlük qaz kəməri
  • Mərkəzi Azəri Kompressor və Suvurma platformasına qədər 12 km uzunluğunda 18 düymlük qaz kəməri 

Çıraq platformasından 2025-ci ildə ümumi hasilat gündə orta hesabla 21 000 barel təşkil edib.

9 Mart 2010-cu il tarixində AÇG-n işlənməsi üzrə Rəhbər Komitə yeni Çıraq Neft Layihəsinə (ÇNL) sərmayə qoyulmasına qərar verdi. Dəyəri 6 milyard dollar olan bu layihənin məqsədi mövcud Dərinsulu Günəşli (DərSG) və Çıraq platformaları arasında yataq infrastrukturunda ciddi hiss olunan boşluğu doldurmaq üçün layihələşdirilmiş yeni bir dəniz qurğusu vasitəsilə nail olunmaq idi.
 
Qərbi Çıraq (QÇ) platforması dənizin 170 metr dərinliyində, mövcud Çıraq və Dərinsulu Günəşli platformaları arasında quraşdırılmışdır. 

 

Qərbi Çıraq obyektlərinə aşağıdakılar daxildir:

  • 48 quyu gövdəsinə malik bir ədəd hasilat, qazma, yaşayış platforması.
  • 14 düymlük qaz kəməri
  • 30 düymlük neft kəməri

2014-cü il 28 yanvar tarixində Qərbi Çıraqdan hasilat öncəqazma quyularından biri olan J05 quyusundan başladı. Neft əvvəlcə platformada quraşdırılmış texnoloji qurğulardan keçərək, yeni yataqdaxili boru kəməri vasitəsilə mövcud 30” sualtı ixrac boru kəmərinə ötürüldü və bu kəmərlə də Səngəçal terminalına ixrac edildi. Hasilat digər öncəqazma quyuları işə düşdükcə artır.
 
Qərbi Çıraq platformasından 2025-ci ildə hasilat gündə orta hesabla 24 000 barel təşkil edib.

Şərqi Azəri (ŞA) Xəzər dənizində Bakıdan 100 kilometr aralı, suyun dərinliyinin təxminən 152 metr olduğu yerdə yerləşən dəniz hasilat, qazma və yaşayış (HQY) platformasıdır. 2006-cı ilin noyabr ayından istismarda olan bu platforma AÇG yatağının şərq hissəsindən neft hasil etmək üçün tikilmişdir. 


Şərqi Azəri obyektlərinə daxildir:

  • 48 quyu HQY platforması
  • Şərqi Azəridən Mərkəzi Azəri platformasına çəkilmiş 22 düymlük qaz boru kəməri
  • 30 düymlük Faza 2 boru kəməri (Mərkəzi Azəridən Səngəçal terminalınadək)

Şərqi Azəri platformasından 2025-ci ildə ümumi hasilat gündə orta hesabla 43 000 barel təşkil edib.

Azəri Mərkəzi Şərqi (ACE) mövcud Mərkəzi Azəri və Şərqi Azəri platformalarının arasında suyun dərinliyinin 137 metr olduğu sahədə yerləşən qazma şaxtalı yeni hasilat, qazma və yaşayış bloklu platformadır. Platforma 2024-cü ilin aprel ayından istismardadır.

 

Azəri Mərkəzi Şərqi obyektlərinə daxildir:

  • 48 quyu HQY platforması
  • neft və qaz ixrac kəmərlərinə birləşdirilmiş yeni yataqdaxili boru kəmərləri

Azəri Mərkəzi Şərqi platformasından 2025-ci ildə ümumi hasilat gündə orta hesabla 25 000 barel təşkil edib.

Mərkəzi Azəri
Central Azeri Patform, Caspian Sea, Photo: Stuart Conway/ BP

Mərkəzi Azəri Bakıdan 100 kilometr şərqdə Xəzər dənizində suyun dərinliyinin təxminən 128 metr olduğu yerdə yerləşən dəniz hasilat, qazma və yaşayış (HQY) platformasıdır. 2005-ci ilin fevralindan istismarda olan platforma Azəri yatağiniln mərkəzi hissəsindən neft hasil etmək üçün tikilmişdir.
HQY platformasından əlavə, yaşayış, qazma, hasilat, texnoloji emal, kompressiya və laya qaz, su, şlam vurulması obyektlərini əhatə edən iri bir dəniz kompleksi yaratmaq məqsədilə MA-də bir kompressor və suvurma platforması (KvəSP) quraşdırılmışdır və körpü ilə HQYplatformasına birləşdirilmişdir.


Mərkəzi Azəri obyektlərinə daxildir:

  • 48 quyu gövdəsinə malik HQY platforması
  • MA platformasından Səngəçal terminalına qədər 30 düymlük sualtı neft boru kəməri
  • MA platformasından Səngəçal terminalına qədər 28 düymlük qaz boru kəməri
  • Qurudakı mövcud Səngəçal terminalının genişləndirilməsi

 

Mərkəzi Azəri platformasından 2025-ci ildə ümumi hasilat gündə orta hesabla 90 000 barel təşkil edib.

Qərbi Azəri Xəzər dənizində Bakıdan 100 kilometr aralı suyun dərinliyinin 120 metr olduğu yerdə yerləşən dəniz hasilat, qazma və yaşayış (HQY) platformasıdır. 2005-ci ilin dekabr ayının sonundan istismarda olan bu platforma ACG yatağının qərb hissəsindən neft hasil etmək üçün inşa edilmişdir. 


Qərbi Azəri obyektlərinə daxildir:

  • 48 quyu gövdəsinə malik HQY platforması
  • QA-dən Səngəçal terminalınadək 30 düymlük neft boru kəməri 

 

Qərbi Azəri platformasında 2025-ci ildə hasilat gündə orta hesabla 76 000 barel təşkil edib.

Dərinsulu Günəşli (DərSG) Xəzər dənizinin Azərbaycan sektorundakı AÇG yatağının işlənməsinin üçüncü fazasıdır. DərSG kompleksi Günəşli yatağının şərqində, suyun dərinliyinin 175 metr olduğu ərazidə yerləşir. Platforma 2008-ci ilin aprel ayından istismardadır.

 

Bu kompleks körpü ilə birləşdirilmiş iki platformadan ibarətdir:

 

  • 48 quyu gövdəsinə malik qazma, texnoloji təchizat və yaşayış platforması (QTTYP)
  • Texnoloji emal, qaz kompresssor, suvurma və texnoloji təchizat platforması
  • 48 quyu gövdəsinə malik QTTYP 30 düymlük , DərSGdən Səngəçal terminalına aparan neft kəməri 
  • 28 düymlük , DərSGdən Səngəçal terminalına aparan qaz kəməri

 

Dərinsulu Günəşli platformasından 2025-ci ildə ümumi hasilat gündə orta hesabla 51 000 barel təşkil edib.

AÇG üzrə tərəfdaşlarımız

30.37%
31.65%
9.57%
9.31%

6.79%
5.73%
3.65%
2.92%