2025-ciilin dördüncü rübünün nəticələri
Əsas hədəflərimiz olan pul vəsaitlərinin hərəkətinin və gəlirliliyinin artırılması, xərclərin azaldılması və balans hesabatının gücləndirilməsi istiqamətində əldə olunan müsbət irəliləyişlər bp-ni daha sadə, lakin daha güclü və yüksək dəyərə malik şirkətə çevirməyimiz kimi ümumi məqsədimizə töhfə verir.
Əməliyyatlarımızı müvəffəqiyyətlə davam etdirərək, biznes fəaliyyətimiz boyu daha bir rübü yaxşı göstəricilər ilə başa çatdırmışıq. 2025-ci il üçün planlaşdırılan altı əsas neft və qaz layihəsinin hamısı həyata keçirilməkdədir, o cümlədən dördü qrafiki qabaqlamaqla irəliləyir. Amerika Körfəzində yeddinci hasilat mərkəzimizin işə salınmasını təsdiqləmişik və kəşfiyyatda yeni uğurlara nail olmuşuq. 3-cü rübdə müştərilərlə əsas fəaliyyətlərdən rekord səviyyədə mənfəət əldə etmişik, emal isə rentabelliyin daha yüksək olmasını təmin edib. Eyni zamanda, investisiyaların çıxarılmasından əldə edilən gəlirlərin bütün il ərzində artacağını gözləyirik ki, bunun əsasını da aktivlərin satışına dair bağlanmış və ya elan edilmiş təxminən 5 milyard dollar dəyərində müqavilələr təşkil edir. Xərclərin azaldılması, balansımızın gücləndirilməsi, habelə pul vəsaitlərinin axınının və gəlirliliyin artırılması istiqamətində əhəmiyyətli irəliləyiş əldə etməyə davam edirik. Planlarımızın icrasını sürətləndirməyə çalışırıq, o cümlədən, əməliyyatlarımızı sadələşdirmək üçün fəaliyyət portfelimizi hərtərəfli nəzərdən keçirir və xərc göstəricilərinin və səmərəliliyin daha da yaxşılaşdırılmasını hədəfləyirik. Hələ görüləcək çox işlər var, lakin biz sürətli templərlə irəliləyir və bp-nin investorlarımız üçün daha çox dəyər yarada bildiyini və yaradacağını nümayiş etdiririk.Kərol Houlmüvəqqəti baş icraçı direktor