Skip to main content
  1. Əsas səhifə
  2. Xəbərlər
  3. Press relizlər
  4. Qordon Birrelin Bakıya səfəri

Qordon Birrelin Bakıya səfəri

Tarix:
2 mart 2026-cı il

bp-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse prezidenti Qordon Birrel Azərbaycanda bir- günlük planlaşdırılmış işgüzar səfərdədir.


Cənab Birrelin Bakıya əvvəlki müntəzəm səfərlərində olduğu kimi bu dəfə də onun proqramına  şirkətin regiondakı biznesinin gedişi ilə tanış olmaq, həmçinin biznes prioritetlərini və perspektivlərini müzakirə etmək daxildir.


Səfər proqramı çərçivəsində cənab Birrel Azərbaycan Respublikasının Baş Naziri cənab Əli Əsədov, iqtisadiyyat naziri cənab Mikayıl Cabbarov və SOCAR-ın prezidenti cənab Rövşən Nəcəflə də görüşüb. Bu görüşlərdə bp-nin Azərbaycanda icraçısı olduğu enerji layihələrinin irəliləyişi, həmçinin şirkətin dünya üzrə və regiondakı biznesinin prioritetləri və gedişi müzakirə olunub.

 

Əlavə məlumat üçün:

 

bp-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz.
Telefon:  (+994 12) 525 58 95